Əlaqə Arxiv
news Image
2013.12.10
15:36
| A A A
Lənkəranda üç gün su olmayacaq

Lənkəranın bir hissəsində içməli suyun verilişində fasilələr olacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Mövqe az-a verilən məlumata görə, Xanbulan su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar 10-12 dekabr 2013-cü il tarixlərində Lənkəran şəhəri, Bürcəli, Gərmətük, Kosalar, Yuxarı Nüvədi və Hirkan kəndlərinə içməli suyun verilməsində fasilələr yaranacaqdır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Sizin Reklam Yeriniz