Dekabrın 12-də paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq
Heydər Əliyevin vəfatının 10-cu
ildönümü münasibətilə paytaxtda keçiriləcək tədbirlərlə əlaqədar
polis gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bununla
bağlı idarə tərəfindən xüsusi tədbirlər planı hazırlanıb.
Tədbirlər planına əsasən, dekabrın 12-də paytaxt polisi
gücləndirilmiş iş rejimində çalışacaq və anım mərasimlərinin təşkil
olunduğu ərazilərdə polis naryadlarının sayı artırılacaq.
Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların
təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat
07.00-dan başlayaraq Fəxri xiyabandan Parlament prospekti
istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam
məhdudlaşdırılacaq.
Ziyarət başa çatanadək M.Müşfiq küçəsi ilə H.Cavid prospektlərinin
kəsişməsində, M.Müşfiq dairəsi ilə Mətbuat prospektinin
kəsişməsində, M.Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni
zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində
nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti
dəyişdiriləcək.
BŞBPİ-i sürücüləri qeyd olunan istiqamətlərdə nəqliyyat
vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb