Əlaqə Arxiv
news Image
2013.12.10
19:00
| A A A
İrana müalicə məqsədilə gedən şəxslər üçün viza rejimi sadələşdiriləcək

İrana müalicə məqsədilə gəlmək istəyən şəxslər üçün bir ay yarımdan sonra bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən xüsusi viza rejimi tətbiq olunacaq və viza rejiminin sadələşdirilməsi istiqamətində proqram həyata keçiriləcək.Mövqe.az İran Televiziyasının rəsmi saytına (iribnews) istinadən məlumat verir ki, bunu İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məhəmməd Əli Nəcəfi bu gün Tehranda Göz Kilinikasının açılış mərasimində jurnalistlərə deyib.

M.Ə.Nəcəfi bildirib deyib ki, bu proqramın icrası nəticəsində müalicə məqsədilə İrana gəlmək istəyən şəxslər üçün vizanın qiyməti daha ucuz olacaq və viza tez bir zamanda və uzun müddətə veriləcək.

Onun sözlərinə görə, bu proqramın icrasını tezləşdirmək üçün ölkənin Təhlükəsizlik, Xarici İşlər və Daxili İşlər nazirlikləri və Turizm Təşkilatının nümayəndələrinin iştirakı ilə xüsusi komitə fəaliyyətə başlayıb. Komitə xüsusi viza rejiminin icrasına nəzarət edəcək və baş verə biləcək problemlərin həllinə çalışacaq: "Hər il 80 min nəfər müalicə almaq məqsədilə ölkəmizə səfər edir. Daha çox Əfqanıstan, İraq, Fars körfəzi ölkələri və digər Asiya ölkələrindən müalicə üçün İrana müraciət edirlər".

M.Ə.Nəcəfi qeyd edib ki, Tailand və Honkonq kimi ölkələrə ildə bir milyon yarım insan müalicə üçün müraciət edir, qonşu Türkiyədə isə bu rəqəm 150 min nəfərə kimi artıb: "Bunun üçün də perspektiv plana əsasən, İrana müalicə üçün müraciət edənlərin sayının 2,5 milyon nəfərə kimi artırılması nəzərdə tutulur".

O, əlavə edib ki, ölkədə səhiyyə sahəsində lazımi infrastruktur və şərait var və bunun təbliğatını aparmaq lazımdır.

Sizin Reklam Yeriniz