Əlaqə Arxiv
news Image
2013.12.11
10:51
| A A A
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı sərgi keçirir

Fotosərgi "Humanitar fəaliyyətin 150 illiyi: Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı fəaliyyəti diqqət mərkəzində" adlanır

Bu gün Bakıda BQXK və İsveçrə səfirliyi tərəfindən "Humanitar fəaliyyətin 150 illiyi: Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı fəaliyyəti diqqət mərkəzində" adlı fotosərgi açılıb.


BQXK-nın mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, komitənin Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran bildirib ki, 1992-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən BQXK Dağlıq Qarabağ münaqişəsinin təsirindən əziyyət çəkən insanların əziyyətlərini azaltmağa çalışır: "Fotoların əksəriyyətində öz əksini tapmış və bizim əsas fəaliyyətlərimizdən biri cəbhə xəttinə yaxın ərazilərdə yaşayan ehtiyacı olan insanlara göstərilən dəstəkdən ibarətdir. Biz əsas tərəfdaşımız olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə işləyərək müharibənin təsir etdiyi ərazilərdəki humanitar vəziyyəti yaxşılaşdırmağa çalışırıq".


İsveçrənin Azərbaycandakı səfiri Paskal Aibeşeğ BQXK-nın yaranmasının 150 illiyinin qeyd olunmasında onlara qoşulmaqdan məmnunluğunu bildirib: "İllər əvvəl BQXK ancaq İsveçrə vətəndaşlarının işlədiyi kiçik bir təşkilat idi. İndi isə bu təşkilat dünyanın 90-dan çox ölkəsində müxtəlif humanitar yardım fəaliyyəti həyata keçirir".


İki professional fotoqrafın Azərbaycanda çəkdiyi 36 foto Milli İncəsənət Muzeyində dekabrın 22-dək ictimaiyyət üçün açıq sərgilənəcək.

Sizin Reklam Yeriniz