Əlaqə Arxiv
news Image
2013.12.11
13:25
| A A A
Siyavuş Novruzov: “Ukraynadakı hadisələr Azərbaycanda təkrarlana bilməz”

"Hansısa ölkədə baş verən hadisə Azərbaycanda təkrar oluna bilməz, çünki Azərbaycanda xalqla iqtidar bir yerdədir".

Movqe.az-ın məlumatına görə, bunu barədə jurnalistlərə YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın dekabrın 15-nə planlaşdırdığı mitinqə və Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlana biləcəyi barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, Azərbaycan xalqı öz prezidentin dəstəkləyir: "Xalqımız bir neçə ay öncə çox böyük səs çoxluğu ilə öz prezidentin seçib və onun siyasətini müdafiə edir. Kimsə nəyisə bəhanə etmək istəyirsə, onlar heç bir nəticə verməyəcək. Milli Şura adlı qurum iflasa uğrayıb və artıq belə bir qurum yoxdur".

 

S.Novruzov müxalifətlə iqtidar arasında dialoq məsələsinə toxunarkən bildirib ki, müxalifətlə dialoq var: "Yəni müxalifət bir səpkili deyil, müxalifətin müxtəlif qanadları var. Kimsə burada özünü kənara çəkib dialoqda iştirak etmir, amma parlamentdə təmsil olunan digər siyasi partiyalarla dialoq var". 


Sizin Reklam Yeriniz