Əlaqə Arxiv
news Image
2013.12.11
13:50
| A A A
Bakıda 8 yaşlı uşaq yol qəzasında öldü

Ağır yaralanan uşaq xəstəxanada dünyasını dəyişib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, dekabrın 9-da saat 19:00 radələrində Buzovna qəsəbəsi Abşeron küçəsində qəsəbə sakini Əyyub Hüseynovun idarə etdiyi "VAZ-2107" və Ağdaş rayon sakini Vüsal Bağırovun idarə etdiyi "Daevoo" markalı avtomobillər toqquşub.


Nəticədə "VAZ-2107" markalı avtomobilin sərnişini, 2005-ci il təvəllüdlü Aqil Məmmədov xəsarət alaraq xəstəxanasına yerləşdirilib. Uşaq dekabrın 10-da elə orada da dünyasını dəyişib.


Sizin Reklam Yeriniz