Əlaqə Arxiv
news Image
2013.12.11
18:15
| A A A
Azərbaycanda yeni neft-kimya kompleksinin inşası üçün torpaq sahəsi ayrılıb
Azərbaycanda Neft-qaz emalı və neft-kimya Kompleksinin (NQNK) inşa ediləcəyi ərazidə mövcud infrastrukturun köçürülməsi məqsədilə işlərə başlanılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) "APA-Economics"ə verilən məlumata görə, ARDNŞ-in yeni inşa edəcəyi NQNK üçün müvafiq torpaq sahəsinin ayrılması haqqında Nazirlər Kabinetinə edilmiş müraciətə müsbət cavab verilib. Bu məqsədlə Bakı şəhər və Abşeron rayon İcra hakimiyyətlərinin müvafiq sərəncamları əsasında Qaradağ və Abşeron rayonlarının həmsərhəd ərazisində, Səngəçal terminalının yaxınlığında 4 200 hektara yaxın torpaq sahəsi ayrılıb.

 

Həmin ərazidə mövcud olan infrastrukturun köçürülməsi məqsədilə müvafiq qurumlarla danışıqlara başlanılıb. Qeyd olunan ərazidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus rabitə xətləri, "Azərsu" ASC-yə məxsus su xətti, "Azəriqaz" İB-yə məxsus qaz xətti, "Azərenerji" ASC-yə və "Bakıelektrikşəbəkə" ASC-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin keçdiyi nəzərə alınaraq, bunların köçürülməsi ilə əlaqədar aidiyyəti təşkilatlarla birlikdə layihələndirmə işləri həyata keçirilir.

 

Layihələndirmə işləri yekunlaşdıqdan sonra müvafiq tikinti təşkilatları cəlb ediləcək və həmin xətlərin köçürülməsi işlərinə başlanacaq.

Sizin Reklam Yeriniz