Əlaqə Arxiv
news Image
2013.12.11
19:27
| A A A
Müdafiə Nazirliyinin bölmə rəisi Eldar Sabiroğlu Silahlı Qüvvələrdən təxris olundu
Eldar Sabiroğlu: “Yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu” Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrdən təxris olunub. APA-nın məlumatına görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Eldar Sabiroğlu müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə ordu sıralarından təxris olunması barədə xəbəri təsdiqləyib.

Qeyd edək ki, bu ilin oktyabrında Eldar Sabiroğlu raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi o ordu sıralarından təxris edilib.

Bununla bağlı danışan Eldar Sabiroğlu bunun normal hal olduğunu deyib: "Mən buna təbii baxıram. Təxminən yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu. Bu gün öz istəyimlə hörmətli müdafiə nazirinə raportla müraciət edərək Silahlı Qüvvələrdən təxris olunmağım barədə sərəncam verməsini ondan xahiş etmişəm. Mən özümü Vətənimin, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandanım, cənab İlham Əliyevin əsgəri hesab edir və bundan fəxr duyuram. Müdafiə Nazirliyinin fəaliyyətinə də uğurlar arzulayıram".
Sizin Reklam Yeriniz