Əlaqə Arxiv
news Image
2013.12.11
21:17
| A A A
Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu keçiriləcək

Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu keçiriləcək.

APA-ın xəbərinə görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Forumun məqsədi türkdilli dövlətlərdə baş verən sosial-iqtisadi prosesləri təhlil etmək, iqtisadçılar arasında əlaqələri genişləndirmək, onların fəaliyyətini türkdilli dövlətlərin inkişafına istiqamətləndirmək, birgə elmi-strateji araşdırmaları təşkil etməkdir. Hazırda AMEA İqtisadiyyat İnstitutunda Forumun keçirilməsinə dair Tədbirlər planı hazırlanır.

Qeyd edək ki, cari ildə Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısında prezident İlham Əliyev türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulanıb. Ölkə başçısının bu çağırışı "Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu"nun keçirilməsi üçün zəmin yaradıb. AMEA İqtisadiyyat İnstitutuforumun təşkilinə dair qərar qəbul edib.

Sizin Reklam Yeriniz