Ukrayna prezidenti Viktor Yanukoviç ümummilli
"dəyirmi masa" çərçivəsində müxalifət və ictimaiyyət
nümayəndələrini dialoqa dəvət edib.
Trend-in "Ukrinform"a istinadən
verdiyi məlumata görə, bu barədə bəyanatı V.Yanukoviçin mətbuat
xidməti yayıb.
Prezidentin bəyanatında deyir: "Mən dəfələrlə demişəm ki, yeganə
yol barış və anlayış yoludur. Bütün siyasi qüvvələrin
nümayəndələrini, müqəddəs ataları, ictimaiyyət nümayəndələrini
ümummilli dialoqa dəvət edirəm. Mən şəxsən belə "dəyirmi masa"da
iştirak etməyə hazıram".
V.Yanukoviç müxalifəti qarşıdurma və ultimatum yolundan çəkinməyə
çağırıb:
"Sizi əmin edirəm ki, hakimiyyət yalnız qanun çərçivəsində hərəkət
edəcək və heç vaxt dinc yığıncaqlara qarşı güc tətbiq etməyəcək.
Ukrayna prezidenti və Konstitusiyanın qarantı kimi ölkənin normal
fəaliyyət göstərməsi, hər bir vətəndaşın hüquq və maraqlarının
müdafiə edilməsi ölkəmizdə sülh və əmin-amanlığın təmin edilməsi
üçün hər şey edəcəyəm".