Əlaqə Arxiv
news Image
2013.12.12
09:56
| A A A
Masazırda ev partladı: xəsarət alanlar var

Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Movqe.az-ın FHN-in saytına istinaən verdiyi məlumata görə, yanğın nəticəsində ev yanıb. 

Partlayış zamanı evin plastik qapısı və pəncərələri qırılıb, divarlarda çatlar əmələ gəlib. Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. 


Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Sizin Reklam Yeriniz