Əlaqə Arxiv
news Image
2013.12.12
11:00
| A A A
İstanbul–Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salınıb

İstanbul-Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salınıb. Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.

Məlumata əsasən, Türkiyədə bu gün ümumilikdə 48 aviareys təxirə salınıb ki, bunlardan 11-i beynəlxalq uçuşlardır.

Qəzetin məlumatına əsasən, təxirə salınan aviareyslər arasında İstanbul-Təbriz, İstanbul-Tbilisi reysləri də var.

Dünən Türkiyədə əlverişsiz hava şəraitinə görə 90 daxili aviareys təxirə salınıb.

Sizin Reklam Yeriniz