Əlaqə Arxiv
news Image
2013.12.12
12:05
| A A A
Bakıda işıq problemi yaranıb

Dünən gecədən Bakı şəhərində müşahidə olunan güclü yağış və külək nəticəsində paytaxtın bəzi qəsəbələrində elektrik enerji təchizatında fasilələr yaranıb. "APA-Economics"in məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən Bakının Binəqədi rayonunun Sulutəpə, Abşeron rayonunun Fatmayı qəsəbəsi və digər yaşayış massivlərində işıqlar artıq neçə saatdır yanmır.

Qəsəbə sakinlərinin sözlərinə görə, Sulutəpə qəsəbəsinə gedən əsas elektrik naqilləri qırılıb və bu səbəbdən qəsəbədə dünən axşamdan elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Qeyd edək ki, adı çəkilən ərazilərdə elektrik xətləri ötən il yenilənib.

Sizin Reklam Yeriniz