Əlaqə Arxiv
news Image
2013.12.12
12:40
| A A A
Azərbaycan ərazisində yağıntılı və qarlı hava şəraiti davam edəcək

Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4 şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Paytaxtda gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında dekabrın 13-də havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Rayonlarda yollar buz bağlayacaq.

Sizin Reklam Yeriniz