Əlaqə Arxiv
news Image
2013.12.12
12:10
| A A A
Paytaxtın məşhur prospektini sel apardı+Foto
Anar Cəbrayıllı: " Qar sularının belə problem yaratmaması üçün Sukanal İdarələrinin bütün əməkdaşları ərazilərdə vəziyyəti nəzarət altında saxlayırlar" Bu gecədən başlayaraq Bakıya yağan ilk qar artıq indidən paytaxtın bəzi ərazilərində problemlər yaradıb. Movqe.az-ın xəbərinə görə, paytaxtın Binəqədi qəsəbəsi ilə Azadlıq prospektini birləşdirən yol qarın əriməsi nəticəsində keçilməz olduğundan səhər saatlarından başlayaraq avtomobillərin hərəkəti Biləcəri qəsəbəsi istiqamətinə yönəldilib. Movqe.az-ın əməkdaşının verdiyi xəbərə görə, yolda yağış barmaqcıqları olmadığından əraziyə yolu keçilməz edən suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb.  Amma problem hələdə qalmaqdadır. Dövlət Miqrasiya Xidmətinin inzibati binasının qarşısındakı yolda  sıxlıq olduğundan sürücülər alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar. Apardığımız müşahidələr zamanı yağış barmaqcıqlarının olduğu küçə və prospektlərdə "Azərsu" ASC-nin nəzdində olan Bakı   Sukanal İdarəsinin əməkdaşlarının iş başında olduqlarından hələki həmin ərazilərdə qar suları problem yaratmamışdı. Yağış barmaqçıqlarının olmadığı küçələrdə isə su demək olar ki dizə çıxır.  Qeyd edək ki, hər qış sulu qar və qarın yağması paytaxtda bu cür arzuolunmaz mənzərə yaradır. Paytaxt yolları demək olar ki, hər il əsaslı təmir olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti yolları çəkərkən yağış barmaqcıqlarını nədənsə unudur. Bakı Şəhər İcra Hakimiyyətinin bu yarıtmaz işi  vəziyyəti elə həddə çatdırıb ki, paytaxt sakinləri neçə ildir ki, Bakıya yağmasını gözləyən qarın belə sevincini yaşaya bilmirlər. Elə  "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı da yağış barmaqçıqlarının olmadığı ərazilərdə qar sularının problem yaratdığını təsdiqlədi: "Hazırda bizim qurumun tabeliyində olan Sukanal idarələrinin əməkdaşları ərazilərdə, iş başındadılar. Qar sularının problem yaratdığı ərazilərdə tutulan yağış barmaqcıqları dərhal açılır, küçə və prospektlərdə kanalizasiya xətlərinin işlək vəziyyətdə olmasına nəzarət edilir. Amma yağış barmaqcıqlarının olmadığı yollarda bizim qurumun əməkdaşları hansısa tədbir görə bilmirlər. Ona görə də yollar çəkilərkən bu problemin yaranacağı nəzərə alınmalıdır. Hazırda yağış suları kanalizasiya xətlərinə tökülür. Yağıntının miqdarı artanda kanalizasiya xətlərində təyziq yaranaraq su daşaraq yola axır. Qar sularının belə problem yaratmaması üçün Sukanal İdarələrinin bütün əməkdaşları ərazilərdə vəziyyəti nəzarət altında saxlayırlar. "Azərsu" ASC istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, yaranan problemlərin operativ həlli ücün bütün imkanlardan istifadə edir və bu məqsədlə 24 saat fasiləsiz fəaliyyət göstərən Zəng Mərkəzi yaradılıb. "Azərsu" ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, həmçinin magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 955nömrəsinə zəng edib Zəng Mərkəzinə məlumat versinlər. 955 nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürülür.qaynar xətOna görə də problemdən çıxış yolu yağış xətləri olmayan yollarda bu xətlərin tikilməsi, yağış xətləri ilə kanalizasiya xətlərinin ayrılmasındadır. Artıq "Azərsu" ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində yağış sularının xəti kanalizasiya xətlərindən ayrılıb. Belə küçə və prospektlərdə yağış yağarkən problemlər yaranmır. Hansı küçə və prospektlərdə yağış xətləri kanalizasiya xətlərindən ayrılmayıb həmin ərazilərdə yağış yolları keçilməz edir. "Azərsu" ASC master plana əsasən bu problemin həlli istiqamətində işləri sürətlə davam etdirir. Hesabalamalara görə, Bakıda bu problemi aradan qaldırmaq üçün 970 min km yağış, 7 min km kanalizasiya xəti çəkilməlidir. Biz çalışırıq ki, yağış sularının daha çox problem yaratdığı ərazilərdə yağış xətlərinin kanalizasiya xətlərindən ayrılması işlərini sürətləndirək. "İnşaatçılar" metrostansiyası yaxınlığında, Mətbuat prospektində, Dövlət Sosial Müdafiə fondunun qarşısında və bir neçə mərkəzi küçədə bu problem aradan qaldırılıb. Digər ərazilərdə də problemi tam aradan qaldırmaq üçün işlər davam etdirilir. yağış yağarkən Bakının mərkəzi küçə və prospektlərində yaranan problemin həlli üçün "master plan" hazırlanıb: "Bu plana əsasən hər il paytaxda yeni yağış suları və kanalisiya xətlərinin çəkilişi ilə əlaqədar iş aparılır. İndiyədək 20 km-əyaxın xətin çəkilişi gerçəkləşib. Amma bakıda bütünlüklə bu problemi aradan qaldırmaq üçün plana əsasən 2016-cı ilədək işlər davam etdiriləcək. Yalnız dörd ilə Bakının mərkəzi küçə və prospektlərində yağış sularının yaratdığı problem birdəfəlik həll oluna bilər".  


Sizin Reklam Yeriniz