Əlaqə Arxiv
news Image
2013.12.12
17:14
| A A A
Qar Lerik rayonunu işıqsız qoyub, nəqliyyatın hərəkəti iflic olub

Ötən gecədən dağlıq Lerik rayonuna yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

APA-nın cənub bürosunun məlumatına görə, hazırda qarın hündürlüyü rayon mərkəzində 46-50 sm, ucqar yaşayış məntəqələrində isə 1 metr təşkil edir. Nəticədə isə nəqliyyatın hərəkəti demək olar ki, iflic olub, kəndlərlə rayon mərkəzinin əlaqəsi kəsilib. Lənkəran-Lerik şose yolunda da maşın-mexanizmlərin hərəkətində çətinliklər müşahidə olunmaqdadır. Güclü yağıntı səbəbindən rayonun enerji təsərrüfatına da ciddi ziyan dəyib. Səhər saatlarından Lerik şəhəri də daxil olmaqla, 160 yaşayış məntəqəsi işıqsız qalıb. Həyata keçirilən tədbirlərdən sonra 130 kəndə və Lerik şəhərinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda rayonun digər kəndlərinə də elektrik enerjisinin verilməsi üçün təmir-bərpa işləri davam etdirilir.

Sizin Reklam Yeriniz