Əlaqə Arxiv
news Image
2013.12.12
20:25
| A A A
Urmiyada güclü qar səbəbindən məktəblər bağlanıb

İranın Qərbi Azərbaycan vilayətinə güclü qar yağıb.

APA-nın İSNA-ya istinadən verdiyi məlumatına görə, bu səbəbdən dekabrın 12-də Urmiya şəhərində bütün məktəblər bağlanıb.

Xəbərdə bildirilir ki, dekabrın 11-i axşamdan Urmiyaya indiyədək az rast gəlinən qar yağmağa başlayıb.

Hazırda şəhərdə havanın temperaturunun mənfi 5 dərəcə olduğu bildirilir. Bu gün boyunca Urmiyada havanın buludlu, qarlı və dumanlı, sabah isə qismən buludlu, buludlu, küləkli və qarlı olacağı proqnozlaşdırılır.

Urmiya Şəhər Yol Polisi İdarəsi yerli sakinlərə ehtiyac olmadığı təqdirdə səfərə çıxmamağı, bunun üçün zəruri qış təchizatlarından, xüsusilə zəncirlərdən istifadə etməyə çağırıb. Qar isə yağmaqda davam edir.

Sizin Reklam Yeriniz