Əlaqə Arxiv
news Image
2013.12.13
11:13
| A A A
Sumqayıtda baş verən atışma ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluq ötən gün Sumqayıtda baş verən insidentlə bağlı birgə məlumat yayıblar. Movqe.az-ın xəbərinə görə məlumatda dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında baş verən münaqişənin fikir ayrılığı zəminində olduğu, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri aldığı bildirilir. Daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisəiştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyərək, xəsarət alan olmayıb. Məlumat daxil olan kimi Sumqayıt Şəhər Polis İdarəsinin vəprokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəlmiş, zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmiş, maddi sübutlar götürülüb. Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istəyərkən yaxalanıblar. Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı iki qumbara aşkar edilib. Xəsarət alan E.Məmmədli və E.Nəzərəliyev xəstəxanaya yerləşdirilmişlər, vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisənin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirir.

Sizin Reklam Yeriniz