Əlaqə Arxiv
news Image
2012.05.30
11:19
| A A A
Liderin cəzası açıqlanır

Movqe.Az BBC-yə istinadən bildirir ki, Sierra Leonedəki üsyançıları silahlandırmaqda təqsirləndirilən Liberiyanın Prezidenti Çarles Teylorun cəzasının bu gün açıqlanması gözlənilir.

Hollandiyanın Lahey şəhərindəki Sierra Leone Cinayət Məhkəməsinin prokurorları Teylor üçün 80 il həbs cəzası irəli sürüblər.

64 yaşlı Teylorun vəkilləri bunun həddindən artıq çox olduğunu söyləyərək onu müdafiə ediblər.

Günahsız olduğunu iddia edən Teylorun nə cəza alırsa alsın verilən qərarı şikayət etməsi gözlənilir.

Şikayət müddətinin altı ay çəkə biləcəyi söylənilir.

5 ildir Laheydə mühakimə olunan Teylor aprel ayında Sierra Leonedə 1991-2002-ci illər arasında baş verən vətəndaş müharibəsində on minlərlə adamı öldürən üsyançılarla əməkdaşlıq etməkdə təqsirləndirilir.

Teylor uşaqları döyüşə sürükləyən, təcavüz, yağmalama, adam qaçırma hadisələrindən məsul tutulan və qurbanlarının qol və qıçlarını kəsməklə ad qazanan Birləşmiş İnqilabçı Cəbhə Təşkilatına mənsub partizanlara silah satdığı iddia edilir.

Sizin Reklam Yeriniz