Əlaqə Arxiv
news Image
2013.12.14
14:52
| A A A
Yupiterin peyki buxar püskürdür

Movqe.Az xəbər verir ki,Yupiterin peyki Europada , həyatın olma ehtimalı araşdırılır. NASA-ın Habl Kosmos Teleskopunun çəkdiyi görüntülərdən əldə edilən məlumatlara görə , Yupiterin peyki Europanın səthindəki geyzerlər ( müntəzəm və ya nizamsız fasilələrlə , suları yuxarı doğru fışqırdaraa partlayış yaradan isti su qaynaqları) nəhəng planetin cazibə qüvvəsi sayəsində süngər kimi sıxışıb su püskürdür. Bu sıxışmanın təsiriylə də geyzerlərdən 200 kilometr uzunluğa çatan su buxarı çıxır. Püskürən su buxarının uzunluğu , Everestin təxminən 20 qatına bərabər gəlir. Elm insanları , Science jurnalında nümayiş olunan araşdırmayla müşahidə olunan Europanın geofizi fəaliyyətlərinin , buradakı həyat ehtimalını gücləndirdiyini ifadə etdi. bildirib. Araşdırmanı icra edən mütəxəssislərdən biri olan ABŞ-ın Southwest Araşdırma İnstitutundan Lorenz Roth , "Həyəcan verici bir kəşf idi. Aldığımız nəticələr gözlədiyimizdən daha yaxşı idi " deyib.

Sizin Reklam Yeriniz