Əlaqə Arxiv
news Image
2013.12.14
16:00
| A A A
Müəllimlərin XIV Qurultayında qətnamə qəbul olundu
Azərbaycan Müəllimlərinin XIV Qurultayında qətnamə qəbul olunub. ANS PRESS-in məlumatına görə, qətnaməni Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev oxuyub.

Qətnamədə bildirilir ki, təhsilin maliyyələşdirilməsinin yeni mexanizmi ilə bağlı Dövlət Strategiyasında yer alan alan müddəalar yeni maliyyələşmə mexanizminin yaranmasına imkan verəcək, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasını təmin edəcək.

Qətnamədə həmçinin qeyd olunub ki, aparılacaq islahatlar innovativ metodları tətbiq edən, səriştəli təhsilverənin formalaşmasına, müəllimin nüfuzunun yüksəlməsinə cavab verəcək. Dövlət-biznes əməkdaşlığına əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması Azərbaycan təhsilinin Avropa standartlarına uyğunlaşmasına kömək edəcək.

Sənəddə qeyd olunur ki, hazırda əsas məqsəd biliklərə əsaslanan iqtisadiyyat quruculuğunda insan kapitalını önə çəkməkdir. "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" təhsilin məzmunca yeniləşdirilməsinə, milli ənənələrə, modernləşmə meyillərinə tam uyğun olan şəxsiyyət yönümlü təhsil sisteminin formalaşdırılmasına yönəlib. 

Qurultay iştirakçıları prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib, həyata keçirilən daxili və xarici siyasəti dəstəkləyiblər. 


Sizin Reklam Yeriniz