Həbsxanaya şorba qabında narkotika keçirdilər (FOTO)
İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb
Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat
aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların
keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 14-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Qurban Cəmil oğlu Abdullayevə qohumu vətəndaş Rəsul Famil oğlu Əsədovun gətirdiyi sovqata baxış keçirilərkən, üzərinə "Biq Lanç"sözləri yazılmış qurudulmuş şorba qabının içərisində 1 ədəd sellofan bükümdə xalis çəkisi 0,654 qram olan narkotik maddə - tiryək və 1 ədəd sellofan bükümdə xalis çəkisi 2,94 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.