Əlaqə Arxiv
news Image
2013.12.16
12:15
| A A A
Şəkidə bir ailənin üç üzvü tüstüdən zəhərlənib

Şəki Rayon (şəhər) Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dekabr ayının 15-dən 16-a keçən gecə rayonun Cəfərabad kəndindəki fermada baş verib.

Fermanın həyətyanı sahəsindəki yaşayış evində yaşayan, 1975-ci il təvəllüdlü, Cəfərabad kənd sakini Qurbanova Nailə Ağa qızı və onun iki övladı, 2000-ci il təvəllüdlü Orucov Vüqar Ağalar oğlu və 2004-cü il təvəllüdlü Orucov Vüsal Ağalar oğlu evə qoyulmuş odun sobasının tüstüsündən zəhərlənmə diaqnozu ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) daxil olublar.

Şəki MŞX-dan APA-ya verilən məlumata görə, tüstü zəhərlənməsi ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olan ana və iki azyaşlı övladına lazımi tibbi yardım göstərilib. Onların vəziyyəti normallaşdıqdan sonra ambulator müalicə almaq üçün evə buraxılıb

Sizin Reklam Yeriniz