Əlaqə Arxiv
news Image
2013.12.16
12:26
| A A A
Murmanskda baş verən atışmada yaralanan azərbaycanlı iş adamı dünyasını dəyişib

Dekabrın 4-də Murmanskda baş verən atışmada yaralanan azərbaycanlı iş adamı Həbib Kərimov vilayət xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Movqe.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bunu Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk şöbəsinin sədri Afil Hüseynov məlumat verib.

 

Qeyd edək ki, dekabrın 4-də saatlarında Murmanskın Xibinski küçəsi, ev 12 ünvanında silahlı insident qeydə alınıb. Nəticədə iki Azərbaycan vətəndaşı, Lənkəran rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəriman Axundov və 1970-ci il təvəllüdlü Sədi Əzizov ölüb, 1971-ci il təvəllüdlü Rusiya vətəndaşı, Murmanskdakı "Karina" ticarət mərkəzinin sahibi Həbib Kərimov isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən H.Kərimov komadan ayılmayıb.

 

Faktla bağlı cinayət işi açılıb. Hadisənin biznes maraqları üstündə baş verdiyi istisna olunmur.


Sizin Reklam Yeriniz