Əlaqə Arxiv
news Image
2013.12.16
20:58
| A A A
Edvard Nalbandyan həmsədrlər ilə görüşdü
Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünün təşkili imkanları müzakirə edilib Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak edib.

Görüş çərçivəsində Vyanada 19 noyabrda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü kontekstində, həmçinin 4 dekabrda Kiyevdə keçirilən Ermənistanın və Azərbaycanın Xarici İşlər Nazirliyinin başçılarının görüşü, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinin davamı yolları müzakirə edilib. 

Görüşdə həmçinin gələn ilin əvvəlində Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin yeni görüşünün keçirilməsi imkanları müzakirə edilib.
Sizin Reklam Yeriniz