Əlaqə Arxiv
news Image
2013.12.16
19:05
| A A A
İritutumlu avtobus Bakının mərkəzində "ilişdi"?

Bakı şəhərində avtomobillərin harda gəldi saxlaması avtobusların hərəkətini iflic edir. Belə hallardan biri ötən gün paytaxtın mərkəzində yaşanıb.


Səbail rayonu, Lermontov və Şeyx Şamil küçələrinin kəsişməsində, düz yol ayrıcında saxlamış "Hyundai" markalı minik maşını bütün yolda hərəkətin dayanmasına səbəb olub. Şeyx Şamil küçəsində işıqforun altında dayanmış minik maşını sərnişin avtobusunun Lermontov küçəsindən onun olduğu küçəyə dönməsinə imkan vermirdi.


İritutumlu 77 saylı avtobusun Şeyx Şamil küçəsinə dönməsi isə əsl problemə çevrilib. "Hyundai"nin qadağan olunmuş yerdə saxlamasına görə manevr edə bilməyən avtobus yolun ortasında ilişib qalıb. Yaxınlıqdakı insanların müdaxiləsi və köməkliyi ilə avtobus vəziyyətdən çıxıb.


Acınacaqlısı odur ki, avtobusun sürücüsü "Hyundai"nin sahibinə səhv saxladığını və bununla da bütün hərəkəti iflic etdiyinə inandıra bilmədi.


Bəs qadağan olunmuş, hərəkətin intensiv olduğu yerlərə avtomobillərin saxlamasına yol polisi niyə icazə verir?


Bakı şəhər Yol Polis İdarəsindən Milli.Az-a bildirildi ki, yolun sağ və sol hissəsində avtomobillərin saxlanılması iritutumlu avtobusların hərəkətinə çətinlik yaradır. Bu isə sıxlıq və tıxacın yaranması ilə nəticələnir. Bu məsələnin bütövlükdə həllinin tapılması üçün əlaqədar qurumlar kompleks tədbirlər görməlidir.


İdarədən deyildi ki, avtmobillərin dayanıb-durması "Yol Hərəkəti Haqqında Qanunu"nun 52-ci, avtomobillərin parklanması isə 53-cü maddəsinin tələbinə uyğun tənzimlənir. Əgər sürücülər bu tələbləri pozarsa, yol polisi həmin sürücüləri cərimə edə bilər. Yolların kəsişmə hissəsində avtomobillər ən azı 15 metr məsafə ilə dayandırılmaldır.


Sizin Reklam Yeriniz