"Yarmarkalarda bahalaşma qaçılmazıdır"-Rəsmi açıqlama
Murtuzəli Hacıyev: "Çalışacağıq ki, yarmarkalarda qiymətlər bazardakı qiymətlərdən 20-30 faiz aşağı olsun"
"Paytaxtda keçiriləcək bayram yarmarkalarında cüzi də olsa qiymət
artımının olması qaçılmazdır. Hər halda yanacağın son qiymət artımı
paytaxtda keçiriləcək yarmarkaya məhsul gətirənlərin daşınma
xərclərinin artmasına təsir göstərəcək. Amma biz çalışacağıq ki,
qiymətlər bayram yarmarkalarında bazarlardan 20-30 faiz aşağı
olsun".
Bu sözləri Movqe.az-a açıqlamasında Kənd Təssərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev söyləyib. M. Hacıyev bildirib ki, yarmarkalar İstisadiyyat və Sənaye Nazirliyi ilə birgə təşkil olunduğundan yarmarkalarda süni qiymət artımına yol verilməyəcək: "Amma yarmarkaya məhsul gətirəni də ziyana salmaq olmaz. Çalışacağıq ki, yarmarkalarda qiymətlər bazardakı qiymətlərdən 20-30 faiz aşağı olsun ki, camaat bayrama bazarlıq edə bilsin. İqtisadiyyat və Sənaye Nazirliyi də yerli istehsalçılarla danışıq aparıb ki, yarmarkaya öz istehsalımız olan ucuz qiymətə unlu və şirniyyat məhsulları da çıxardılsın".