Əlaqə Arxiv
news Image
2013.12.17
16:58
| A A A
Sabah Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu işə başlayır

Azərbaycan  Sabah Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu işə başlayır.

APA-nın məlumatına görə, iki gün davam edəcək toplantıda iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair müxtəlif məsələlər müzakirəsi planlaşdırılır.

Türkiyə nümayəndə heyətində Silahlı Qüvvələrin Baş Qərargahının, Milli Müdafiə Nazirliyinin və digər qurumların nümayəndələri təmsil olunur.

Türkiyə nümayəndə heyəti Bakıya bu gün gələcək. 

Türkiyə nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Plan və Prinsiplər qurumunun rəhbəri, general-polkovnik Alparslan Ərdoğan rəhbərlik edəcək.

Türkiyə nümayəndə heyətinin Müdafiə Nazirliyində və digər hərbi qurumlarda görüşləri də olacaq.

Sizin Reklam Yeriniz