Azərbaycan və Böyük Britaniyanın xarici işlər nazirləri görüşdü
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu və Aİ ilə əlaqələri müzakirə edilib
Azərbaycan və Böyük Britaniyanın XİN rəhbərləri
Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. ANS PRESS-in Xarici
İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir
Elmar Məmmədyarov "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya
qərarının imzalanması mərasimində iştirak etmək üçün Azərbaycanda
səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Krallığının xarici
işlər naziri Uilyam Heyq ilə işçi nahar əsnasında
görüşüb.
Nahar ətrafında Azərbaycan ilə Böyük Britaniya arasında enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu və Azərbaycanın Aİ ilə əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə edilib.
Uilyam Heyq "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması münasibətilə Azərbaycanı təbrik edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verən nazir Elmar Məmmədyarov, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qalmasının regionun təhlükəsizliyinə başlıca təhdid olduğunu bildirib.
Görüşdə beynəlxalq və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.