Əlaqə Arxiv
news Image
2013.12.18
12:42
| A A A
DİN Sumqayıtda radikal dini qruplaşmalar arasında baş verən insidentlə bağlı açıqlama verib
"Sumqayıt hadisələrində" saxlanılanlarrın evindən silah-sursat aşkarlandı

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişə ilə əlaqədar şübhəli şəxs qismində saxlanılan Alim Tağıyevin evindən 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, qanunla qadağan olunmuş 46 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, 45 disk, dini sənədlər və 1 ədəd noutbuk, Firudin Musayevin evindən isə qanunla qadağan olunmuş 64 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 3 ədəd dini əl yazmalar olan qovluq, "Volkswagen Qolf" markalı avtomobilindən 1 ədəd "Milspes" markalı tapança, 1 qumbara, 1 süngü-bıçaq, 1 bıçaq və 1 ədəd dini kitabça götürülüb.

Faktla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda "xəvarici"lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Baş vermiş hadisə ilə bağlı 13 nəfər həbs edilib. 

Sizin Reklam Yeriniz