Əlaqə Arxiv
news Image
2013.12.18
15:44
| A A A
Türkiyədən qovulan azərbaycanlı fahişələr Gürcüstan marşurutu ilə geri qayıdır-ÖZƏL
Mətanət Əzizova: "Azərbaycandan Türkiyəyə gedən fahişələr üçün Gürcüstan ucuz marşurut xəti hesab olunur" "Türkiyədən fahişəlik etdiklərinə görə, Azərbaycana eksdradisiya edilən azərbaycanlı qadınlar Gürcüstan marşurutu ilə yenidən Türkiyəyə qayıdır". Bu sözləri Movqe.az-a  Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova söyləyib. M. Əzizova bildirib ki, bu barədə məlumatı Mərkəzə Gürcüstandakı Qeyri-Hökumət Təşkilatları verib: "Bu günlərdə Gürcüstanda QHT-lərin keçirdiyi tədbirdə bu məsələ müzakirə olundu. Bildirildi ki, artıq Gürcüstan miqrantlara görə qaydaları xeyli sərtləşdirilib. Hazırda Gürcüstana özbək qadınlar buraxılmır. Onlar ciddi yoxlamadan sonra Gürcüstana buraxılırlar. Hazırda azərbaycanlı qadınlara da eyni münasibət sərgilənir. Azərbaycandan Türkiyəyə gedən fahişələr üçün Gürcüstan ucuz marşurut xəti olduğundan, bizı verilən məlumata görə, Türkiyədən qovulan fahişələr az keçməmiş yenidən öz "peşə"lərinin ardınca Türkiyəyə yollanırlar. Bu zaman azərbaycanlı qadınlar yenidən Gürcüstan marşurutundan istifadə edirlər. Hətta məlumatlara görə, həmin qadınlar Azərbaycana eksdradisiya edildikdən sonra geri qayıdanda özləri ilə iki-üç qadın da aparırlar".

M.Əzizova bu gün acı da olsa Türkiyədə azərbaycanlı "qədim peşə" sahiblərinin sayının artdığını söyləyir. Onun sözlərinə görə, bu rəqəmin günü-gündən artması Türkiyədə fahişəliklə məşğul olan qadınların məskunlaşmaq üçün özləri ilə gətirdikləri azərbaycanlı qadınlara sığınacaq vermələridir: "Əslində Türkiyədən və başqa ölkələrdən azərbaycana eksdradisiya edilən azərbaycanlı qadınlar burada reablitasiya mərkəzlərinə cəlb olunmalı, uzun müddət nəzarət altında saxlanılmalıdırlar. Çox təəssüf ki, onlar Azərbaycana qovulduqdan sonra nəzarətdən kənar qaldıqlarından, yenidən öz "işlərinin" ardınca Türkiyəyə yola düşürlər". 

Sizin Reklam Yeriniz