Əlaqə Arxiv
news Image
2013.12.19
17:10
| A A A
Ata öz qızını milyon “like”a ərə verir

"Bu hərəkət insanların diqqətini yenidən toy başlıqları mövzusuna yönəldəcək".

Yəmən sakini Salem Ayaş adaxlısı onun Facebook-dakı səhifəsinə milyon "like" yığarsa, qızını ona ərə verməyə razılaşıb.

Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Lenta.ru-ya verdiyi məlumata görə, Salem Ayaşın öz şeirlərini yerləşdirdiyi səhifə bir neçə gün öncə açılıb, ancaq səhifənin artıq 30 min izləyicisi var.

Sosial şəbəkənin bəzi istifadəçiləri Yəmən sakininin bu hərəkətini mühakimə ediblər və onu öz qızının hesabına məşhurluq qazanmağa cəhd etməkdə ittiham ediblər. Digərləri isə Ayaşı dəstəkləyərək, vurğulayıblar ki, bu hərəkət insanların diqqətini yenidən toy başlıqları mövzusuna yönəldəcək.

Salem Ayaşın sözlərinə görə, o, gənclərə öz sevdiklərinə görə real pullar verməyin necə ağır olduğunu başa düşdüyündən, öz qızına görə "virtual başlıq pulu" almaq qərarını verib.

Bununla belə, o qeyd edib ki, əgər qızının adaxlısının onun qarşısına qoyulan şərti yetirməyə çalışdığını görərsə, tələb olunan "like"ların sayını azalda bilər.

Sizin Reklam Yeriniz