Əlaqə Arxiv
news Image
2013.12.20
16:56
| A A A
“Kürdəmir Elektrik Şəbəkəsi” reydlər keçirib

"Azərenerji" ASC-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, "Kürdəmir Elektrik Şəbəkəsi"ndə həyata keçirilən məqsədyönlü tədbirlər istehlakçıların elektrik enerjisinə olan tələbatlarını daha da dayanıqlı şəkildə ödəməyə imkan verir. 

Sözügedən müəssisədən "Azərenerji" ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayon əhalisinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində heç bir problem yoxdur. Belə ki, Kürdəmirdə elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi məqsədi ilə elektrik verilişi xətləri, transformator məntəqələri və yarımstansiyalarda yenidənqurma və təmir işləri yerinə yetirilib. O cümlədən, cari ilin son üç ayı ərzində 10 kV-lik "Kolxoz-1", "Telestudiya", "Cənub", "Ərəbqubalı" və digər bir neçə HX-də ümumilikdə 5 km-dən artıq məsafədə təmir işləri həyata keçirilib.

Təmir-bərpa işləri rayonun Sığırlı, Carlı, Qocalı və digər bir neçə  kəndlərində, o cümlədən Kürdəmir şəhəri ərazilərində olan 0,4 kV-lik EVX-lərdən də yan keçməmiş və sözügedən dövrdə bu xətlərin ümumilikdə 9,6 kilometrə yaxın hissəsində müvafiq işlər görülüb. Bütün bunlarla yanaşı son üç ay ərzində Kürdəmir rayonu üzrə 35 müxtəlif güclü transformator əsaslı və cari təmir edilərək yüksək iş rejiminə gətirilib. Qeyd edək ki, həyata keçirilən analoji tədbirlər yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır. 

Mənbədən o da bildirildi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə halları var. Baş verən belə hadisələri aşkarlamaq üçün hər gün reydlər keçirilir. Qayda pozuntuları müvafiq şəkildə aktlaşdırılır. Belə ki, müəssisənin xidməti ərazisində cari ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 660 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 1 milyon 863,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 111,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 48 faizdən artıq hissəsininin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, 2013-cü ilin noyabr ayında isə 330 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 764,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 45,9 min manata yaxın istehlak dəyəri bərpa edilib. 

Mənbə onu da bildirir ki, cari ilin noyabr ayında müəssisə üzrə 11,7 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 749 min kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş isə mütləq 9 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 129 min kilovatsaata yaxın artaraq 5,4 milyon kilovatsaata yaxın olmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım isə 11 faiz olub. Onu da  qeyd edək ki, cari ilin 11 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 milyon kilovatsaata yaxın artaraq 117,4 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 3 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.5 milyon kilovatsaata yaxın artaraq 49.2 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə bir faizdən artıq olub.

Onu da qeyd edək ki, burada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, EVX-lərin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.  


Sizin Reklam Yeriniz