Əlaqə Arxiv
news Image
2013.12.22
22:50
| A A A
Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğradı: 11 ölü, 31 yaralı
Türkiyədə bir-birinin ardınca baş vermiş 2 ağır yol nəqliyyat qəzası nəticəsində 11 nəfər ölüb, 31 nəfər yaralanıb.

Qəza Kayseri şəhəri yaxınlığında dağlıq ərazidə baş verib. Məlumata görə, içərisində tələbələrin olduğu avtobus buz bağlamış sərt enişli yolda idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılaraq aşıb.

 

Hadisə yerinə dərhal xilasedicilər və həkimlər cəlb olunublar.

 

Qeyd edək ki, qəza baş verdikdən az sonra, xilasetmə işləri aparılan zaman yüksək sürətlə hərəkətdə olan mikroavtobus idarəetməni itirərək əraziyə toplaşan hadisə şahidlərinə və təcili tibbi yardım maşınlarına çırpılıb.

 

Baş vermiş qəzalar nəticəsində ümumilikdə 11 nəfər ölüb, 31 nəfər isə yaralanıb.

 

İlkin məlumata görə, qəzaya uğrayan nəqliyyat vasitələri mövsümi qış təkərləri ilə təchiz olunmayıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Sizin Reklam Yeriniz