Şəkidə iki uşaq anası özünü asıb
Əbdürrəhmanova Əntiqə Abakər qızının ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir
Şəkidə intihar hadisəsi baş verib. Movqe.az-ın məlumatına görə, Şın kəndinin sakini Əbdürrəhmanova Əntiqə Abakər qızı dünən - dekabrın 22-də yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
1974-cü il təvəllüdlü Əbdürrəhmanova Əntiqə Abakər qızı iki uşaq anası idi.
39 yaşlı qadının ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Şəki rayon Prokurorluğundan bildiriblər ki, intiharın səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.