Azərbaycanda qışda "payız havası" davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Trend-ə
bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif
duman olacaq. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb
küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Yaxın iki gün ərzində mülayim hava şəraiti davam edəcək.