Əlaqə Arxiv
news Image
2013.12.24
14:59
| A A A
Ana və uşaq ölümündə günahkar olan həkimlərin birdəfəlik həkim fəaliyyətinə son verilməlidir-Özəl
"Azərbaycanda  ana ölümündə günahkar olan həkimlərin birdəfəlik həkim fəaliyyətinə son verilməli, həmin doğum evinin baş həkimi, şöbə müdiri isə işdən azad edilməlidir. Ana və uşaq ölümü ilə bağlı hadisələr hüquq mühafizə orqanları tərəfindən də ciddi araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır".

Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Musa Quliyev söyləyib. M. Quliyev ana və uşaq ölümünün mətbuatda diqqətdə saxlanılmasının, aktual məsələ kimi qabardılmasının doğru olduğunu söyləyib: "Bəli, ana və uşaq ölümü ölkənin imicinə təsir edən bir məsələdir. Mətbuatın bui məsələni daim diqqətdə saxlaması müsbət haldır. Bu həkimlərin də məsuliyyətini artırır. Amma Azərbaycanda ana ölümünün artması ilə bağlı fikirləri yalnız statistik rəqəmlərin müqayisəli təhlilindən sonra söyləmək lazımdır. Hazırda Azərbaycana ana və uşaq ölümünə görə inkişaf etmiş ölkələrlə eyni səviyyədə qərarlaşır. Demək olmaz ki,   ana və uşaq ölümlərinin günahkarı tam mənada həkimlərdir. Ana və uşaq ölümünün səbəbinin 50 faizi obyektiv, 50 faizi isə subyektiv səbəblərlə bağlıdır. O səbəblər üzə çıxarılmalıdır. Ana və uşaq ölümü itgidir. Bəzən hamiləliyinə kas göstəriş olan qadınlar ana olmaq istəyindən həyatlarını riskə atırlar". 

Sizin Reklam Yeriniz