Əlaqə Arxiv
news Image
2013.12.24
16:30
| A A A
Mənzillərin açarları jurnalistlərə təqdim olundu
Vüqar Səfərli: "Bu gün bizim üçün yadda qalan əlamətdar bir gündür"

Bu gün jurnalistlər üçün inşa olunmuş yeni yaşayış binasından mənzil alan jurnalistlərə evlərin sənədlərinin və simvolik açarlarının təqdim olunması, eləcə də "31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il" münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Movqe.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, binanın açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə iyulun 22-də Milli Mətbuatın yaranmasının 138-ci ildönümündə baş tutub: "Bu gün bizim üçün yadda qalan əlamətdar bir gündür. Cari ildə açılışını etdiyimiz binadakı mənzillərin sənədləri sahiblərinə təqdim edilir. Eyni zamanda "31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il" münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə də diplomlar təqdim olunacaq. Binanın açılışından sonra ötən müddət ərzində sənədləşmə məsələsi həll edilib".

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa edilmiş binadan ev alan media nümayəndələrinə mənzillərin açarlarını və sənədləri təqdim edib.

Ev alan jurnalistlərin adından çıxış edən "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev KİVDF-nin fəaliyyətinə toxunaraq bildirib ki, bu qurumun ötən ilki fəaliyyəti, fondun uğurlu bir dövlət qurumu olduğunu sübuta yetirib: "KİVDF nə qədər əhəmiyyətli bir qurum olduğunu ötən ilki fəaliyyəti ilə sübuta yetirdi. Artıq KİVDF oturuşmuş dövlət qurumuna çevrilib".

Jurnalistlərə mənzillərin açarı təqdim olunduqdan sonra tədbir çərçivəsində media ilə icra strukturkarı arasında əlaqələrin inkişafında əməyi ola şəxslərə KİVDF tərəfindən xüsusi diplomlar təqdim olunub.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova xüsusi diplomlar verilib. Eləcə də media nünayəndələrinin mənəvi- kütləvi tədbirlərinin keçirilməsində yaxından iştirakına görə, "Xəmsə"restoranının rəhbəri Mürvət Həsənli doiploma layiq görülüb.

Tədbirdə çıxış edən Ə. Həsənov bu tədbirə mühim bir hadisə ilə bağlı yığışdıqlarını söyləyib: "2014-cü ili gözəl bir hadisə ilə qarşılayırıq. Media sahəsində  xidmətləri olan jurnalistlərin ev almasına şahidlik etdik. 2013-cü il Azərbaycan dövlətinin və jurnalistikanın inkişafı ilə yadda qaldı. Bu il Azərbaycan üçün uğurlu il oldu".

Daha sonra Ə. Həsənov bu il ərzində baş verən sosial-iqtisadi, ictimai-siyasi hadisələrə toxunub.

Tədbir "31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il" münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə davam edib.  KİVDF-nin icraçı direktoru V. Səfərli çıxış edərək bildirib ki, 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunub: "Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib.Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə 15 müsabiqə iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb".

Qeyd edək ki, müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə diplom və 1000 manat pul mükafatı verilib. Həvəsləndirici yerlərin sahibləri isə diplmomla yanaşı 300 manat məbləğində pulla mükafatlandırılıblar. 

Xatırladaq ki, "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamına əsasən, mətbuat işçiləri üçün Yeni Salyan yolu 22-də bina inşa olunub. Jurnalistlər üçün inşa edilən binadan ev alan media nümayəndələri aşağıdakılardır.


1. Abbasova Ətayə Ələmdar qızı "Lider" TV

2. Abdullayeva Zümrüd Qurban qızı "Respublika" qəzeti

3. Abbasov Tahir Heydər oğlu "Mədəniyyət" qəzeti

4. Ağayev İlkin Əlihüseyn oğlu "Palitra" qəzeti

5. Bağırov Aydın Rövşən oğlu "525-ci qəzet"

6. Bayramov Nardar Məmməd oğlu "Yeni Azərbaycan" qəzeti

7. Binnətova Almaz Qasım qızı "Xalq qəzeti"

8. Cabbarov Xəlil Əliabas oğlu "Respublika" qəzeti

9. Cahangirov Cavanşir Muradxan oğlu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC

10. Cəfərov Ayaz Vəfalı Rza oğlu "Ədəbiyyat qəzeti"

11. Cəfərov Rizvan Hilal oğlu "Azərbaycan" qəzeti

12. Cəfərov Zahid İlham oğlu "Yeni Azərbaycan" qəzeti

13. Cürənov Ramiz Mikayıl oğlu Lent.az

14. Dəmirova Zümrüd Tahir qızı "Xəzər" TV

15. Eyvazov Elşad Səməndər oğlu Modern.az

16. Əhmədov Məzahir Əhməd oğlu "Ədalət" qəzeti

17. Əliyev Azər Ağa oğlu Mediaforum.az

18. Əliyev Əsgər Hüseyn oğlu Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc)

19. Əliyev Qabil Yusif oğlu "Xalq qəzeti"

20. Əliyev Şahyəddin Saleh oğlu "Üç nöqtə" qəzeti

21. Həmidova Sevda İlham qızı Milli.az

22. Həsənov Əkbər Rafiq oğlu Müstəqil jurnalist

23. Həziyev Qədir Musa oğlu "Bizim yol" qəzeti

24. Hüseynli Alim Ziyadxan oğlu "Olaylar" İA

25. Hüseynov Elçin Əzizağa oğlu "Trend" İA

26. Hüseynova Ülviyyə Hafiz qızı Teleqraf.az saytının rəhbəri Hüseynov Nicat Sakit oğlunun həyat yoldaşı

27. Hüseynova Rəfiqə Kamal qızı "Səs" İA

28. Hüseynova Roza Əli qızı Müstəqil hərbi jurnalist

29. Xancanbəyova Firəngiz Süleyman qızı "Bakinski raboçi" qəzeti

30. Xəlilova Flora Fətulla qızı "Azərbaycan" qəzeti

31. Xudiyev Tural Kamil oğlu "Space" TV

32. İbadov Xəqani Səfər oğlu "Ayna-Zerkalo" qəzeti

33. İbrahimli Qadir Nadir oğlu "Yeni Müsavat" qəzeti

34. İbrahimov Sadiq Qurbanqulu oğlu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC

35. İbrahimov Sarvan Bəhlul oğlu "Azərbaycan müəllimi" qəzeti

36. İskəndərov Sahil Məmməd oğlu "Lider" TV

37. İsmayılbəyli Süleyman Nəbi oğlu "Olaylar" qəzeti

38. İsmayılov Çingiz Tofiq oğlu "Qarabağ" qəzeti

39. İsmayılov Etibar Cəbrayıl oğlu "Ədalət" qəzeti

40. İsmayılov Valeh Cabbar oğlu "Ekspress" qəzeti

41. Qarayeva Rəsmiyyə Məmməd qızı "Azərbaycan" qəzeti

42. Qasımov Rey Kərim oğlu Beynəlxalq Avrasiya Mətbuat Fondu

43. Qasımova Tofiqəxanım Fazil qızı (Nurani) "Exo" qəzeti

44. Quluzadə Kənan Vidadi oğlu "New Baku Post" qəzeti

45. Mahmudov Zaur Ələkbər oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti

46. Mailov Vaqif Namiq oğlu "Region+" jurnalı

47. Məcidov İman Əmirhüseyn oğlu "Space" TV

48. Məhərrəmli Valeh Cəbrayıl oğlu "Səs" qəzeti

49. Məhərrəmova Afət Telman qızı ANS TV

50. Məmmədov Firudin Müzəffər oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti

51. Məmmədova Bahar Şahbaba qızı Müstəqil jurnalist

52. Məmmədova Yeganə Məhəmməd qızı "Zaman Azərbaycan" qəzeti

53. Miriyev Anar Barat oğlu Palitra" qəzeti

54. Mirzə Afiq Yelmar oğlu "Reytinq" qəzeti

55. Mustafayev Vaqif Aydın oğlu "Azad Azərbaycan" TV

56. Müzəffərli Azad Müzəffər oğlu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC

57. Nəzərli Şirməmməd Dadaş oğlu "Salamnyus" İA

58. Piriyev Qüdrət Əlövsət oğlu "Xalq qəzeti"

59. Rəcəbova Möhtərəm Yusif qızı "Respublika" qəzeti

60. Rəhimzadə Nail Arif oğlu "İki sahil" qəzeti

61. Rəşidova İlhamə Rafael qızı "Azadinform" İA

62. Rüstəmov Elşən Rüstəm oğlu 1news.az

63. Rzayev Sənan Məhəmməd oğlu Day.az

64. Rzayeva Gülayə İsrail qızı "Respublika" qəzeti

65. Rzayeva Məlahət Əli qızı "Şərq" qəzeti

66. Sadıqov Nicat Qılıç oğlu "Azad Azərbaycan" TV

67. Seyfullayev Elbrus Ramiz oğlu Qafqazinfo.az

68. Səfərov Bəxtiyar Şəripbəyoviç "Exo" qəzeti

69. Səfərova Samirə Məmmədhənifə

Qızı "Bakı xəbər" qəzeti

70. Səfərova Sifai Ağamirzə qızı "Azərbaycan müəllimi" qəzeti

71. Sidorenko Yelena Mixaylovna "Xəzər" TV

72. Süleymanov Rəşad Məhəmməd

Oğlu "Azəri-Press" İA (APA)

73. Sultanova Ağanisə Əliqara qızı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC

74. Sultanova Aida Sultan qızı "Azər-press" İA

75. Şahsuvarov Taleh Novruz oğlu "Gündəlik teleqraf" qəzeti

76. Şərifov Sücəddin Vaqif oğlu Azadlıq" qəzeti

77. Şibliyev Elnur Abdulla oğlu Regional TV

78. Tağıbəyli Vüsal Vaqif oğlu "Həftə içi" qəzeti

79. Tağıyeva Natəvan Namiq qızı ANS TV

80. Vəliyev Vüqar Əli oğlu "Kaspi" qəzeti

81. Yusibli Səbuhi Rauf oğlu "Xəzər" TV

82. Yusifova Sevil Şərif qızı Jurnalist Qadınlar Assosiasiyası

83. Yusubov Yusif Hacı oğlu "Şərq" qəzeti

84. Zeynalov Nazim Sabir oğlu "Yeni Müsavat" qəzeti

85. Abbas Tapdıq Əlikişi oğlu "Paralel" qəzeti

86. Abbasov Asəf Əliş oğlu "Azad Azərbaycan" qəzeti

87. Abbasov İlham Əli oğlu "Xalq qəzeti"

88. Ağayev Şakir Qabil oğlu "Yeni zaman" qəzeti

89. Ağayev Vüqar Xəlil oğlu Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc)

90. Alışanov İlham Hüseyn oğlu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC

91. Ataşova Qənirə Möhübbət qızı ANS TV

92. Ayvazlı Bətul Dilavər qızı Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc)

93. Babayev Etibar Kamal oğlu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC

94. Bağırov Fərman Rza oğlu "Azərbaycan" qəzeti

95. Batıyev Bəhram Əliyaroviç Vesti.az xəbər saytı

96. Bayramov Rasim Məzahir oğlu "Mövqe" qəzeti

97. Bayramova Zümrüd Ələddin qızı "Səs" qəzeti

98. Camal Aqil Tapdıq oğlu "Türküstan" qəzeti

99. Dünyamalıyev Elsevər Zeynal oğlu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC

100. Əbilov Azər İmamverdi oğlu "Ədəbiyyat qəzeti"

101. Ələsgərli Müşfiq Məşi oğlu Jurnalistlərin Həmkarlar İttifaqı

102. Əliyev Yaşar Məmmədəli oğlu "525-ci qəzet"

103. Əsgərov Ramiz Baxşəli oğlu Müstəqil jurnalist

104. Əsgərova Gülbahar Zəkəryə qızı Jurnalist Əsgərov Mirzə Qəhrəman oğlunun həyat yoldaşı

105. Hacıyev Asəf Adil oğlu "Xəzər" TV

106. Hadıyeva Yeganə Cəlil qızı "İki sahil" qəzeti

107. Hakıyeva Səadət Zifi qızı "Olimpiya dünyası" qəzeti

108. Hüseynov İlqar İqbal oğlu "Kaspiy" qəzeti

109. Hüseynov İlqar Məmməd oğlu "Trend" İA

110. Hüseynov Vüqar Məsim oğlu "Azəri-Press" İA (APA)

111. Hüseynzadə Fuad Fikrət oğlu "İnterfaks-Azərbaycan" İA

112. Hüseynzadə Rəhim Məmməd oğlu Azərbaycan Mətbuat Şurası

113. Xəlilov Aslan Xası oğlu Milli Televiziya və Radio Şurası

114. İmanova Nazlı Sabir qızı Mərhum jurnalist İmanov Vahid Osman oğlunun həyat yoldaşı

115. İsmayılov Nadir Nəbi oğlu "Yeni Azərbaycan" qəzeti

116. Qaçayev İttifaq Məmmədcan oğlu "Xalq qəzeti"

117. Quliyev Aydın Alqulu oğlu "Bakı xəbər" qəzeti

118. Quliyev Bəhruz Vaqif oğlu "Səs" qəzeti

119. Quliyev Cəmaləddin Həsən oğlu Publika.az

120. Quliyev Kənan Rövşən oğlu "Yeni Müsavat" qəzeti

121. Quliyev Səbuhi Sabir oğlu "Azərbaycan" Nəşriyyatı

122. Məcidov Rəşad Müseyib oğlu "525-ci qəzet"

123. Məmmədli Qalib İbrahim oğlu "Ekspress" qəzeti

124. Məmmədov Hikmət Baba oğlu "Yeni Azərbaycan" qəzeti

125. Məmmədov Xanlar Ziyad oğlu Müstəqil jurnalist

126. Məmmədov Natiq Adil oğlu "Kaspi" qəzeti

127. Mirzəbəyli Elçin Əbdülrəhim oğlu "Xalq cəbhəsi" qəzeti

128. Musayev Dilman Musa oğlu "Bakinski raboçi" qəzeti

129. Musayev Hümbət Kazım oğlu "Respublika" qəzeti

130. Mustafayeva-Qasımova Lalə Həmid qızı Azərbaycan Respublikasının Milli Qəhrəmanı, mərhum jurnalist Alı Mustafayevin həyat yoldaşı

131. Namazov Elçin Sabir oğlu "İki sahil" qəzeti

132. Niftiyev Niyaz Məmmədəli oğlu "Azadinform" İA

133. Niyazov Xalid Qüdrət oğlu "Respublika" qəzeti

134. Oğuz Yunus İsaxan oğlu "Olaylar" qəzeti

135. Orucov Fərman Elman oğlu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC

136. Paşayev Hüseyn Məmməd oğlu "Səs" qəzeti

137. Rəcəbov Rauf Əliheydər oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti

138. Rəhimov Qalib Arif oğlu "Polis" qəzeti

139. Rəhimzadə Vüqar Gəncəli oğlu "Iki sahil" qəzeti

140. Rəhmanzadə Fazil Şamil oğlu Müstəqil jurnalist

141. Rüstəmov Tahir Aydın oğlu "Xalq qəzeti"

142. Sarıyev Azər Tofiq oğlu Mərkəzi Seçki Komissiyası

143. Sarıyev Məqsəd Nuru oğlu "Azad Azərbaycan" TV

144. Şəfiyev Nadir Yusuf oğlu Regional TV

145. Şirbağırov Elman Tomar oğlu "Space" TV

146. Şirinov Elşən Nəriman oğlu Azadlıq" qəzeti

147. Tağıyev Daşdəmir Əjdər oğlu "Azərbaycan" qəzeti

148. Vəliyev Akif Əbdüləzim oğlu "Şərq" qəzeti

149. Vəliyev Fariz Əhməd oğlu "Mövqe" qəzeti

150. Vəliyev Hüseyn Xanlar oğlu "Trend" İA

151. Vəliyev Vəli Saleh oğlu "Səs" İA

152. Zeynalov Araz Hidayət oğlu Vesti.az

153. İsmayılov Dağbəyli Mirzəxan oğlu "Azərbaycan Dövlət Teleqraf Agentliyi" (AzerTac)

154. İsmayılova Bəsdi Şahbaz qızı "Azərbaycan Nəşriyyatı"

155. Seyidov Vüqar Nadir oğlu "Azərbaycan Dövlət Teleqraf Agentliyi" (AzerTac)

156. Həsən Həsənov (Xalq qəzeti)

Sizin Reklam Yeriniz