Əlaqə Arxiv
news Image
2013.12.25
10:23
| A A A
Şamaxı Rəsədxanasının qarşısında “Priqulu Park Hotel” tikilir

Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizik Rəsədxanasının qapısının qarşısında hotel tikilir.

Bunu AMEA vitse-prezidenti Akif Hacıyev deyib.

A.Hacıyev bildirib ki, iki mərtəbəsi inşa olunmuş "Priqulu Park Hotel"in 7 mərtəbəli, 47 metr hündürlükdə olması nəzərdə tutulub: "Bu binanın tikintisinin dayandırılması üçün Şamaxı rayonunun əvvəlki icra başçısının yanında olmuşam. İcra başçısı bu tikintidən xəbərsiz olduğunu bildirdi. Köməkçisini çağırdı və tikinti dayandırıldı. Ancaq iki gün sonra tikinti yenidən başladı".

 

AMEA-nın vitse-prezidenti bu hündürlükdə hotel tikilərsə, rəsədxananın fəaliyyətində çox ciddi problem yaranacağını, tikintinin dayandırılması üçün AMEA prezidenti Akif Əlizadənin də səy göstərdiyini vurğulayıb. 

Sizin Reklam Yeriniz