Əlaqə Arxiv
news Image
2013.12.25
11:00
| A A A
Xaricdə müalicəyə gedənlərə xəbərdarlıq-Özəl
Musa Quliyev: "Ölkədən xaricdə istənilən müalicə riskdir" "Ölkədən xaricdə istənilən müalicə riskdir. Xüsusilə də cərrahi müdaxilələrlə bağlı tibbi yardım almaq.Bu zaman pasiyentlər aldıqları tibbi xidmətin effekt verməməsi ilə bağlı problem yaranarkən xaricdə hansısa instansiyaya müraciət edə bilmirlər". Bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, Azərbaycanda hələki səhiyyə turizmi anlayışı formalaşmayıb. Ona görə də, insanlar özləri xaricdəki tibb müəssisələrinə üz tutanda yalnışlığa yol verirlər. Düzgün seçim etmədiklərindən Azərbaycanda onlara göstərilən tibbi yardımdan dəfələrlə aşağı səiyyədə tibbi xidmət alırlar: "Çox təəssüf ki, indi camaatda elə fikir formalaşıb ki, İranda müalicə  ucuz başa gəlir. Amma əksinə iki dəfə artıq xərcə düşürlər. Bir günlük müayinə üçün İrana üz tutanlar bəzən həftələrlə müayinə prosedurunun başa çatması üçün bu ölkədə qalıb gözləməli olurlar. Əksər hallarda isə onları müayinə üçün müxtəlif klinikalara yollayırlar ki, nəticədə qiymət Azərbaycanda göstərilən tibbi xidmətdən dəfələrlə baha başa gəlir. Bəzi hallarda isə müalicə effekt vermir. Ondan sonra ölkəyə qayıdıb Azərbaycanda müalicələrini davam etdirirlər ki, bəzən səhv müalicə olunan xəstəni sağaltmaq uzun müddət alır. Ona görə də insanlar xaricdə müalicə zamanı diqqətli olmalıdırlar. Səhv seçim onların sağlamlığını təhlükə altında da qoya bilər".
Sizin Reklam Yeriniz