Əlaqə Arxiv
news Image
2013.12.25
13:00
| A A A
Sürüşmə zonalarında təhlükə gözlənilirmi?
Sadiq Əmiraslanov: "Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində torpaq daşınması işləri getdiyindən orada vəziyyətlə bağlı qəti fikir söyləmək mümkün deyil"

Paytaxtda bayram günlərində havanın kəskin dəyişməsi ilə bağlı hidremeterioloqların verdiyi proqnozlar sürüşmə sahələrində aktivləşmə ilə bağlı narahatçılığı artırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Movqe.az-a açıqlamasında atmosfer çöküntülərinin sürətlənməsinin sürüşmələri aktivləşdirdiyini desə də, hələki sürüşmə zonalarında vəziyyətin sabit olduğunu söyləyib: "Son monitorinqlərə əsasən deyə bilərəm ki, hələki sürüşmə zonalarında vəziyyət sabitdir".

S. Əmiraslanov yağıntıların sürüşmə prosesini aktivləşdirdiyini qeyd etsə də, hələki konkret hansı sürüşmə zonasında aktivləşmə olacağını söyləməyin mümkün olmadığını bildirdi. Onun sözlərinə görə, bir müddət əvvəl sürüşmə baş verən Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində torpaq daşınması işləri getdiyindən orada vəziyyətlə bağlı qəti fikir söyləmək mümkün deyil. 

Qeyd edək ki, hazırda sürüşmə üçün ən təhlükəli ərazilər Bakı- Şamaxı yolunun 103 -110-cu kilometrlik ərazisi, Masazırdakı sürüşmə sahəsi, Zığ yamacı və Günəşlidə bəzi sahələrdir

Sizin Reklam Yeriniz