Əlaqə Arxiv
news Image
2013.12.25
13:42
| A A A
Yeni il hədiyyələri ilə bağlı ciddi tapşırıq verildi
İmra Abdullayev: "Artıq respublikanın bütün rayonlarının GEM-lərinə yeni il hədiyyələrinin yoxlanılması ilə bağlı tapşırıq verilib" Yeni il hədiyyələrinin yoxlanılması məqsədilə reydlərə başlanılıb. Respublika Gigiyena Epidemiologiya Mərkəzinin qidalanma bölməsinin rəhbəri İmran Abdullayevin Movqe.az-a verdiyi məlumata görə, artıq respublikanın bütün rayonlarının GEM-lərinə yeni il hədiyyələrinin yoxlanılması ilə  bağlı tapşırıq verilib: "Artıq 61 nümunə götürülüb. Rayon GEM-lərinə ciddi tapşırıq verilib ki, hədiyyə bağlamalarının içərisindəki şirniyyatların istehsal tarixi yoxlanılsın. Əgər vaxtı ötmüş məhsul varsa həmin bağlamalar satışdan yığışdırılsın. Məlumatlara görə, hələki belə fakt Mingəçevirdə aşkarlanıb. Amma bizə bu barədə məktib daxil olmayıb. Yeni il ab-havası davam edən müddət boyunca  monitorinqlər aparılacaq".  

Qeyd edək ki, Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən reyd zamanı Yeni il şənliklərində uşaqlara paylanacaq şirniyyatların köhnə olduğu aşkarlanıb. Mərkəzin direktoru Əbil AğayevAPA-ya bildirib ki, məktəblilərin qış tətilinin səmərəli keçməsi üçün hər gün Mingəçevir Dövlət Dram Teatrında "Qar qızı kim oğurladı" adlı tamaşa təqdim edilir. Məktəblilər tamaşadan əvvəl teatrın foyesində keçirilən Yeni il şənliklərində iştirak edirlər. Bayram tədbirində Şaxta baba tərəfindən uşaqlara verilməsi nəzərdə tutulan hədiyyələrə baxış keçirilərkən bağlamaların içindəki "bakuş"ların istifadə müddətinin bir ay əvvəl başa çatdığı və onların insan sağlamlığı üçün zərərli olduğu aşkar edilib. Reyd zamanı İran istehsalı olan və "Bolluq" firması tərəfindən müqavilə əsasında teatra satışı təşkil edilən 200 ədəd yararsız "bakuş" götürülüb. Məhsulun teatra satışı dayandırılıb, firma cərimələnib.

Sizin Reklam Yeriniz