Əlaqə Arxiv
news Image
2013.12.25
20:33
| A A A
Lənkəranda yeni il yarmarkasi keçirilib

Yarmarkaya əsasən əhalinin daha çox tələbat duyduğu ərzaq məhsulları çıxarılıb

31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə bu gün Lənkəranda ənənəvi bayram yarmarkası keçirilib. Movqe.az-ın məlumatına görə, yarmarka əhalinin aztəminatlı təbəqəsinə yardım, bazarda qiymətlərin aşağı salınması və süni qiymət artımını az da olsa aradan qaldırmaq məqsədi daşıyır. Yarmarkaya əsasən əhalinin daha çox tələbat duyduğu ərzaq məhsulları, meyvə və tərəvəz çıxarılıb. Səhər saatlarından start götürən yarmarkaya maraq gözlənildiyindən də böyük olub.

Lənkəran şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkaya respublikanın ayrı - ayrı yerlərində fəaliyyət göstərən 15 istehsal və satış firması, eyni zamanda paytaxtda fəaliyyət göstərən 17 istehsal müəssisəsi məhsullarını çıxarıb .


Qeyd edək ki,yarmarka gün ərzində davam edəcək. Lənkəranla yanaşı digər qonşu rayonların sakinləri də bu günkü yarmarkada bazarlıq etmək imkanı əldə edib.


Sizin Reklam Yeriniz