Əlaqə Arxiv
news Image
2013.12.25
17:46
| A A A
Azərbaycanda daha bir qanuna dəyişiklik gözlənilir-Eksklüziv

Azərbaycanda QİÇS-ə görə müayinə üçün yaş həddi 16-a endirilə bilər.  Movqe.az-ın xəbərinə görə, bununla bağlı mövcud qanunvericiliyə dəyişikliklər edilməsi təklif olunub. Bu barədə Movqe.az-a danışan Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib ki, dəyişiklik UNİSEF-in təşəbbüsüdür: "Bu təşəbbüs ölkəmizdə QİÇS-ə yoluxmanın qarşısını almaq üçün testləşmənin əlçatanlığını təmin etmək məqsədi daşıyır. Hazırda da Azərbaycanda 16 yaşlı yeniyetmələrin QİÇS-ə görə müayinəsi mümkündür. Yalnız bu həmin yeniyetmənin valideyninin razılığı ilə baş tutur. Amma təklif edilir ki, qanunvericiliyə dəyişiklik edilərək QİÇS-ə görə müayinə üçün yaş həddi 18-dən 16-a endirilsin. Yəni bundan sonra QİÇS-ə görə 16 yaşlı yeniyetmələrin müayinəsi valideynlərin razılığı olmadan aparılsın".

E. Alməmmədova deyir ki, bu hazırda Azərbaycan üçün aktual olmasa da gələcək üçün vacib ola bilər: "İndi Azərbaycanda yeniyetmələr arasında bu təhlükəli virusa yoluxanların sayı elə də çox deyil. 

Azərbaycanda QİÇS-ə yoluxanların rəsmi statistikasından danışan direktor deyib ki, bu ilin 9 ayı ərzində Azərbaycanda QİÇS-ə yoluxan insanların sayı 4171 nəfər təşkil edir. Onun sözlərinə görə, həmin xəstələrin 96 faizi Azərbaycan vətəndaşı, qalanları isə əcnəbidir. Hazırda ölkəmizdə QİÇS mərhələsində olan xəstələrin sayı isə 1248 nəfər təşkil edir: "Bu xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 578 nəfərdir. Eyni zamanda, xilasedici AİV terapiyaya qoşulanların sayı ildən-ilə artır. Bu ilin 9 ayının nəticələrinə görə, 1627 nəfər olub. Bunlardan 380 nəfəri bu ilin 9 ayında müalicəyə qoşulub. İİV-in yayılmasının qarşısının alınması əsas yolu odur ki, vaxtında testdən keçmək lazımdır".

Esmira Alməmmədova bildirib ki, ona görə də yeniyetmələr arasında testləşməni daha əlçatan etmək lazımdır: "Epidemiyanın səviyyəsindən asılı olmayaraq, hər bir yeniyetmənin belə bir imkanı olmalıdır. Lakin bu sahədə bir neçə qanunvericilik tərəfindən olan çətinliklərlə rastlaşırıq. Yeniyetmələrin hüquq tərəfdən belə bir qərar vermə ixtiyarı yoxdur. Bu qərarı ya valideynləri, ya da maraqlarını müdafiə edən qəyyumlar verir. Bu, çox aktual bir problemdir. Ona görə də qanunvericiliyə dəyişiklik edilməsi müzakirə edilir". 


Sizin Reklam Yeriniz