Əlaqə Arxiv
news Image
2013.12.26
10:18
| A A A
Bakı təcridxanasında nigah mərasimi (FOTO)

Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən Sümer Yaşar Yücel ilə Osmanova Dilşad Osman qızının nigahları bağlanılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında nigah mərasimi keçirilib. Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs, Türkiyə Respublikasının vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nigahları bağlanılıb. 

Nigah Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Bakı Nigah evinin əməkdaşı Kəmalə Tağıyeva tərəfindən qeydə alınıb.

Sümer Yaşar Yücel Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2; 309.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilib.

Mənbə: Ans press

Sizin Reklam Yeriniz