Əlaqə Arxiv
news Image
2013.12.26
17:05
| A A A
Bulvarda Yeni il süprizi

"Dəniz gəzintisi üçün nəzərdə tutulan "Mirvari" 3 mərtəbəli gəmi istifadəyə veriləcək"

"Dənizkənarı Bulvar İdarəsi dəniz gəzintisi üçün yeni nəhəng gəmi alıb. Dəniz gəzintisi üçün nəzərdə tutulan "Mirvari" adlı bu gəmi dekabrın 28-31-i arası vətəndaşların istirahəti məqsədilə istifadəyə veriləcək". Bu barədə Dənizkənarı Bulvar İdarənin rəis müavini Nazim Məcidov Trend-ə bildirib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsinin sayca 3-cü dəniz gəzintisi gəmisi olan "Mirvari" ölçülərinə görə digərlərindən çox fərqlənir:

"3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 250 nəfər səhayət edə biləcək. Gəminin digər fərqli cəhəti ondan ibarətdir ki, onun iki qapalı zalı var. Burada qış mövsümündə rahat hərəkət etmək olacaq. Gəminin 3-cü mərtəbəsi isə açıq olacaq və insanlar yay mövsümündə dəniz gəzintisi zamanı ətrafı oradan seyr edə biləcəklər. Bundan əlavə, gəminin içində "fast food" deyilən tez hazır olan yeməklər, çay, kofe və sərinləşdirici içkilər təklif olunacaq, insanlar istirahət edərkən musiqi dinləyə və videolara baxa biləcəklər. Digərlərinə nisbətən yeni gəmidə gəzintinin vaxtı uzadılaraq 40-50 dəqiqəyə çatdırılacaq".

N.Məcidov qeyd edib ki, "Mirvari"də dəniz səyahəti etmək istəyənlər üçün biletlərin qiyməti də müəyyənləşib. Belə ki, 5 yaşına qədər uşaqlar üçün gəzinti pulsuz, 5 yaşından böyük şəxslər üçün isə 3 manat olacaq.


Qeyd edək ki, Türkiyə istehsalı olan "Mirvari" gəmisi artıq Xəzər dənizinə gətirilib və bulvarda sahilə yan alıb.

Sizin Reklam Yeriniz