Əlaqə Arxiv
news Image
2013.12.27
14:22
| A A A
Bayram yarmarkalarında ucuzluq olacaq

Bakıda Yeni il qabağı yarmarkalara çıxarılacaq kənd təsərrüfatı məhsulları bazar qiymətlərindən aşağı satılacaq. Bu barədə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə rəhbəri Şahin Nağıyev jurnalistlərə açıqlamasında bildirib. Ş.Nağıyev deyib: "Bir ədəd yumurtanın qiyməti 0,1-0,2 manat, toyuq ətinin bir kiloqramı 2-2,5 manat, kartofun 1 kiloqramı 0,7 manat, soğan isə 0,45 manata olacaq".

Onun sözlərinə görə, yarmarkalarda sahibkarlar ərzaq və kənd təsərrüfatı məhsullarının geniş çeşidlərini təqdim edəcəklər.

Yarmarkalar Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq.

Satış yarmarkaları dekabrın 28-dən 31-dək aşağıdakı ünvanlarda təşkil olunacaq:
Binəqədi rayonu:
- "Dərnəgül" yaşayış massivi, 6 saylı peşə məktəbinin həyətində;
Xətai rayonu:
-"Bakı" k/t ilə yanaşı;
Nərimanov rayonu:
- Əliyar Əliyev küçəsi, 26, "Bakı Taxıl" ASC-nin ərazisi;
Nəsimi rayonu:
- "Təzə bazar"ın ərazisi;
Səbail rayonu:
- Badamdar qəsəbəsi, 239 saylı məktəbin yanı;
Suraxanı rayonu:
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2;
- Yeni Günəşli qəsəbəsi,"Günəş" ticarət mərkəzinin yanı;
Yasamal rayonu:
- Şərifzadə küçəsi, 131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanı.

Sizin Reklam Yeriniz