Əlaqə Arxiv
news Image
2013.12.27
15:28
| A A A
Türkiyədə növbəti həbs dalğası-SİYAHI

Türkiyədə "Böyük rüşvət" əməliyyatı başa çatmamış, ikinci istintaq və həbslər dağlası başlanıb.

Hürriyet.com-da bildirilir ki, İstanbulun Cumhuriyyət Prokurorluğunun prokuroru Muammer Akkaşın başçılıq etdiyi yeni "dalğa"da 41 nəfər ifadəsi alınmaq üçün polisə aparılıb. Onların arasında Səudiyyə Ərəbistanı vətəndaşı Yasin əl Kadi, məşhur türk iş adamları Fatih Saraç, Latip Topbaş, Nihat Özdemir, Orhan Cemal Kalyoncu və Faruk Kalyoncu da var.


"Prokurorluğun bu insanlara sualları var. Suallarımıza cavab alandan sonra onları buraxacağıq", - Akkaş deyib.

İstanbulun baş prokuroru isə bu əməliyyatdan xəbərsiz olduğunu deyib: "Muammer Akkaş bu əməliyyatlarla bağlı nə mənə, də müavinimə heç bir məlumat verməyib. Tutulanların da qanun qarşısında bir Suçları yoxdur".


Tutulan şəxslər maliyyə fırıldaqları, vergilərdən külli miqdarda vəsait yayındırmaq, tenderlərə korrupsiya mexanizmləri vasitəsilə təsir etmək, "çirkli pulları yumaq", idxal və ixrac əməliyyatlarında cinayətlər törətmək və s.-də suçlanır.


Bundan sonra həbsi gözlənilən şəxslərin siyahısı belədir:


Yasin El Kadı

M. Latif Topbaş

M. Fatih Saraç

Abdullah Tivnikli

Avni Çelik

Usame Kutub

Muaz Kadıoğlu

Cengiz Aktürk

Abdulkerim Çay

SemihDemirci

Orhan Cemal Kalyoncu

Ömer Faruk Kalyoncu

Kenan Avis

Gökhan Özdemir

Selcan Zeliha Özkök

Aynur Uluğtekin

Mehmet Cengiz

Celal Koloğlu

Nihat Özdemir

Sezai Bacaksız

İbrahim Çeçen

Hayrettin Özaltın

Dilek Cengiz

Adnan Çebil

Medet Nebi Yanık

Adnan Şişman

Ahmet Ergun

Kadri Tunç Peker

Murathan Kiraz

Mustafa Bayraktar

Gaffar Yıldırım Er

Şener Ünsal

Oğuzhan Boyacı

Abdullah Kavukçu

Hakan Aslan

İbrahim Erdoğan Gözel

Hasan dağcı

Esat Özkazanç

Orhan Nurduhan

Nurcan Çatalpınar

Şefik Gül.

 

Sizin Reklam Yeriniz