Əlaqə Arxiv
news Image
2013.12.27
17:24
| A A A
Məktəb bufetlərində nöqsanlar aşkarlanıb

Azərbaycanda orta məktəblərin bufetlərində isti yeməklərin verilməsi üçün tətbiq olunan standartlarla bağlı monitorinqlər aparılır. Movqe.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.  Onun sözlərinə görə, monitorinqlər nəticəsində bəlli olub ki, bir çox yerlərdə çatışmazlıqlar aşkarlanıb: "Biz qabaqlayıcı tədbirlər həyata keçirdik. Bu gün artıq bəzi məktəblərdə aparılan təmir işləri yekunlaşıb".

Komitə sədri deyib ki, gələn ilin yanvar ayından belə bir problemlər olmayacaq: "Eyni zamanda, uşaq bağçalarında da həmin vəziyyət olub. Bununla bağlı müəyyən tapşırıqlar verilib. Bakı şəhər İcra Hakimiyyəti də bu məsələyə çox ciddi yanaşır".

Sizin Reklam Yeriniz