Əlaqə Arxiv
news Image
2013.12.27
20:26
| A A A
Azərbaycanda radiasiya laboratoriyası fəaliyyətə başlayıb

Azərbaycanda məhsulların tərkibində radiasiya dozasının yoxlanılması üçün laboratoriya fəaliyyətə başlayıb.

Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, sözügedən laboratoriya Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə müştərək yaradılıb: "Artıq laboratoriya istifadəyə verilib. Yanvar ayından başlayaraq bu laboratoriya tam gücü ilə işləyəcək".


R.Həsənov həmçinin bildirib ki, geni dəyişdirilmiş məhsulların (GMO) yoxlanılması üçün yaradılan laboratoriya çoxdan hazır vəziyyətə gətirilib: "Müəyyən normativ sənədlər bazası yox idi. Artıq həmin sənədlərin hazırlanması istiqamətində iş aparılıb. Bu gün bu laboratoriyada xidmət göstərir, yoxlamalar aparır. Burada əsasən ərzaq, bitki məhsulları və toxumlar yoxlanılır".

Sizin Reklam Yeriniz